BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərin qalibi olan şirkətə protokol yazıldı

"İdeal motors" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

 

Qeyd: “İdeal Motors” MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb, Azərbaycanda “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirən “Performance Center Co” şirkətilə eyni hüquqi ünvanda yerləşir. MMC əsasən dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərin qalibi olub. 

 

Xəyal Quliyev

Tarix: 1 Sentyabr 2023, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin