BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda aptekə basqın edildi

Bakıda aptekdə əczaçıya qarşı soyğunçuluq törədilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınıb.

 

Naməlum şəxs əczaçını hədələyərək aptekdə olan 106 manat dəyərində məhsulu götürüb.

 

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E. Nurməhəmmədov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 30 Aprel 2020, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin