BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: Bu yardımın Ermənistanın tələblərinə uyğun olaraq Laçın yolundan istifadə etməklə çatdırılması barədə ambisiyaları heç bir halda qəbul edilə bilməz

"Ağdam-Xankəndi yolunun girəcəyində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus 40 ton un daşıyan 2 yük maşını hələ də gözləyir. Təəssüf ki, Xankəndində yaşayanların bir qismi hələ də yüklərin çatdırılmasına imkan vermir, əksinə dünyaya “humanitar” böhranın olması mesajını verməyə cəhd edirlər". 


Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

"Ermənistandan gələn yardımın çatdırılmasından söhbət gedirsə, bunu Azərbaycan tərəfinin təqdim etdiyi yoldan istifadə etməklə keçirilməsində hazırda heç bir çətinlik yoxdur. Lakin, bu yardımın məhz Ermənistanın tələblərinə uyğun olaraq Laçın yolundan istifadə etməklə çatdırılması barədə ambisiyaları heç bir halda qəbul edilə bilməz. Laçın yolundan istifadə edilərək, separatçılara silah-sursatların, minaların daşınmasının hər birimiz şahidi olmuşuq" - A.Əliyev əlavə edib.

Tarix: 1 Sentyabr 2023, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin