BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur milyarder vəfat etdi

Böyük Britaniyada 60 ildən artıq yaşayıb-yartmış, bizneslə məşğul olan misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.

Bu barədə "Sky News" məlumat yayıb.

Məhəmməd Əl-Fayed 1997-2013-cü illərdə İngiltərənin "Fulham" futbol klubunun sahibi olub, sonradan onu pakistanlı sahibkar Şahid Xana satıb.

Misirli milyarder 25 ildən artıqdır ki, Londonda dəbdəbəli malların satıldığı "Harrods"un da sahibi olub.

Əl Fayed onu 2010-cu ildə 1,5 milyard funta (1,9 milyard dollar) Qətərin dövlət investisiya fonduna satıb./APA

Tarix: 2 Sentyabr 2023, 03:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin