BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğlu şahzadə Diana ilə qəzada ölmüş biznesmen 94 yaşında vəfat etdi

Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.


Bu barədə BBC məlumat yayıb.


Əl-Fayed Misirdə anadan olub, Yaxın Şərqdə biznes imperiyası qurub və 1970-ci illərdə Böyük Britaniyaya köçüb.


O, İngiltərənin “Fulhem” futbol klubunun, Parisdəki “Ritz” hotelinin və Londondakı “Harrods” univermağının sahibi olub.


O həmçinin “Fulhem” stadionunun kənarında abidə ucaltdığı mərhum Maykl Ceksonla da dost olub.


Son illərdə Əl-Fayed, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.


Şahzadə Diana və sevgilisi – sözügedən biznesmenin oğlu Dodi Əl-Fayed 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.


2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.


Məhəmməd Əl-Fayed rəsmi versiya ilə razılaşmayıb və uzun müddət öz araşdırmasını aparıb, lakin sonda andlı iclasçıların qərarı ilə barışıb:


“Yetər. Bunu Uca Yaradana tapşırıram. Lakin mən özüm başqa heç nə etməyəcəyəm”./Report

Fotoları təqdim edirik
Tarix: 2 Sentyabr 2023, 07:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin