BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş energetika naziri vəfat etdi

ABŞ-ın keçmiş diplomatı və energetika naziri Bill Riçardson 75 yaşında vəfat edib.

 

Bu barədə CNN məlumat yayıb.

 

Riçardson Massaçusetsdəki bağ evində yuxuda olarkən ölüb.

 

Riçardson 1947-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub.

 

O, ilk dəfə 1983-cü ildə Nyu-Meksikodan ABŞ Nümayəndələr Palatasına seçilib.

 

1997-1998-ci illərdə Bill Klinton administrasiyasında ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb. O, 1998-2001-ci illərdə ABŞ Energetika Nazirliyinə rəhbərlik edib. 2003 - 2011 illərdə Nyu-Meksiko ştatının qubernatoru olub.

 

Son illərdə o, Rusiya Federasiyası ilə ABŞ arasında əsirlərin mübadiləsinə dair dialoqda qeyri-hökumət təşkilatı kimi iştirak edib./APA

Tarix: 2 Sentyabr 2023, 22:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin