BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbyaşlı qızlar arasında abort sayı 3 dəfə artıb - Statistika

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.


Yeniavaz.com “Ekonominfo”ya istinadla xəbər verir ki, abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.


Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub.


Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib.


Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Son 15 ildə qeydə alınan abortların sayı belədir:

Fotoları təqdim edirik
Tarix: 3 Sentyabr 2023, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin