BURADA REKLAMINIZ OLA
BİLƏR

"Paşinyan öhdəlikləri yerinə yetirməyən riyakar simadır" - RƏY

"Ermənistanın Baş naziri Nikol Paşinyanın müraciəti onun sülh prosesi ilə bağlı fikirlərinə ziddir. Çünki davamlı olaraq sülhdən, birgəyaşayışdan, təhlükəsizlikdən danışan Paşinyan məhz separatizmin təşviq olunması barədə müraciəti ilə sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını göstərdi. Burada öz müqəddəratını təyin etmək, eləcə də Azərbaycandan kənar yaşamaqla bağlı elementlər də özünü göstərir. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlikləri ilə bağlı fikirlər siyasi manipulyasiya aləti kimi dəyərləndirilə bilər. Uzun müddət ərzində Paşinyan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı. Çoxsaylı  sülhəyönəlik bir sıra razılıqlar əldə olunmuşdu - regionun hərbsizləşdirilməsi, Naxçıvanla əlaqənin formalaşdırılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, minalanmış ərazilərin xəritə və sxemlərinin dəyişdiriləməsi, Birinci Qarabağ müharibəsində bağlı itkin düşmüş şəxslərin məzarlıqlarının xəritələrinin verilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tanınması, Qarabağ da daxil olmaqla sərhədlər haqqında konkret rəqəmlər fonunda fikirlərin yürüdülməsi... Bütün bunlardan sonra Paşinyanın bu müraciəti sülhə maneə törətmək məqsədi daşıyır. O, ikiüzlü siyasətçi, popülist siyasi xadim kimi özünü göstərir. Əsas məqsədi epizodlar üzrə daxili auditoriyanın rəğbətini qazanmaq və hakimiyyətinin müddətini uzatmaqdan ibarətdir. Artıq Paşinyan bizim üçün öhdəlikləri yerinə yetirməyən riyakar sima kimi qarşımızda dayanır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Politoloqun sözlərinə görə, digər tərəfdən Araik Arutunyanın istefası deməyə əsas verir ki, sülhməramlıların bölgədə olması ilə yanaşı Rusiyanın bir növ güclənməsi sezilməkdədir: "Yeni gələn qüvvə separatçılığın başında dayanan, onun təməllərini atan Arkadi Qukasyan və Bakı Saakyanın siyasi xəttinin davam etdirilməsi yolunu tutacaq. Bu, əlbəttə, Qarabağ ermənilərinin reinteqrasiyası prosesinə mənfi təsir göstərəcək. Bu xüsusda Laçın yolunun istifadəsi qaydaları Azərbaycan tərəfindən bəyan olunub. Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına bəyan edilməklə malı göndərən və qəbul edən tərəf arasında hüquqi razılaşma əldə oluna bilər. Burada hər hansı sənədləşmədə separatizm elementləri "Stepanakert", "Artsax respublikası", "Dağlıq Qarabağ respublikası" kimi  vahidlərdən istifadə oluna bilməz. Bu, çox konkret və prinsipial mövqedir. Eyni zamanda separatçılar arasında əl dəyişən hakimiyyət də anlamalıdır ki, artıq yeni reallıqlar formalaşıb. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dünyaya məlumdur. Azərbaycan hərbi-siyasi yollarla BMT-nin dörd qətnaməsini yerinə yetirdi. Hazırkı geosiyasi reallıqlarda aqressiv separatizm düşüncəsi və təfəkküründə yaşamaq tamamilə qəbuledilməzdir, üstəlik regionu, bölgəni fəlakətlərə sürükləyə bilər".

 

İ.Hüseynov deyib ki, Köçəryan-Sarkisyan qruplaşması hakimiyyətə gəlmək istəyir: "Rusiyanın dəstəyinə ümid bəsləyirlər. Çünki Paşinyan açıq şəkildə 2018-ci ildən bəri Qərbpərəst siyasət yeridir və əsas məqsəd Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması, KTMT-dən uzaqlaşması, 102-ci bazanın ölkədən çıxarılması və bu kimi anti-Rusiya meyilləridir. Rusiya da bunu nəzərə alaraq Paşinyanın xüsusən Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün tanınmasının bir demanşını həyata keçirir. Qarşıda ciddi sınaq, həm də İrəvan şəhərinin meri uğrunda olan seçkilərdir. Paşinyan burada da mövqe itirə bilər. Qarabağdan sonra artıq İrəvan şəhərinin meri postunun itirilməsi növbədə Paşinyan üçün də hakimiyyət missiyasının sonu anlamını daşıyacaq".

 

Aytəkin Qardaşova

Tarix: 3 Sentyabr 2023, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin