BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 121 min manatlıq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında

Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 5-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və həbs qətimkan tədbiri seçilib. X.Əliyev məhkəmə iclas zalında həbs edilib.

 

İttiham aktına əsasən, X.Əliyev tanışı İlqar Etibarovun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Belə ki, 2016-cı ildə o, zərərçəkmişə paytaxtın Böyükşor qəsəbəsində sökülən evlərin alınaraq həmin mənzillərin ölçülərini Nərimanov Rayon İcra Hakimiyyəti və nazirliklərin birində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artıracağını və baha qiymətə satacağını bildirib. Bu yolla X.Əliyev İ.Etibarovun ümumilikdə 121 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə X.Əliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 4 Sentyabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin