BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Bankın sədri vəzifəsindən azad olundu

Qazaxıstan Milli Bankının sədri Qalımcan Pirmatov vəzifəsindən uzaqlaşdırılıb.

 

Bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

 

“Dövlət başçısının sərəncamı ilə Qalımjan Olja oğlu Pirmatov Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib”, - sənəddə nəql olunub.

 

Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralın 3-dən ölkənin baş bankiri olub./Report

Tarix: 4 Sentyabr 2023, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin