“Baş verənlər fonunda separatçıların qondarma rəhbərliyindəki dəyişiklik də müəyyən dərəcədə vaxt qazanmağa hesablanıb. Əslində Köçəryan-Sarkisyan qruplaşmasına bağlı olan bu şəxslər istənilən halda Xankəndi və ətrafındakı əraziləri tərk etmək, özlərinin yaratdıqları qondarma vəzifələrdən istefa vermək niyyətlərinin olmadığını göstərirlər. Bütün bunlarla yanaşı onların ailə üzvlərini Xankəndindən çıxarmaları deməyə imkan verir ki, son ümidlərini irimiqyaslı toqquşmalara bağlayıblar. Düşünürlər ki, hansısa yolla Azərbaycanla yenidən müharibə baş verə bilər, öz istəklərinə çata bilərlər, yaxud beynəlxalq güclərin birbaşa təsiri və təzyiqi ilə Azərbaycan onlara istədikləri məsələdə güzəştə gedə bilər. Ermənistan tərəfi yenə də yanılır. Onlar istədikləri qədər qondarma vəzifələrində şəxsləri dəyişsələr də, istəklərinə çatmayacaqlar. Çünki gec-tez Azərbaycan öz ərazisində bütün kommunikasiyaların açılmasına nail olacaq. Separatçıların birbaşa əsarətində və nəzarətində olan erməni əsilli əhalini bu durumdan xilas etmək sonunda Azərbaycan tərəfinin üzərinə düşəcək. Ermənistan dərk etməlidir ki, atdığı addımlar nəticə etibarilə öz ziyanına işləyir və Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında sülh razılaşmasını imzalamalıdır. Əks təqdirdə, cərəyan edəcək növbəti proseslər Ermənistanın daha rəzil duruma düşməsinə gətirib çıxaracaq. Xankəndində gizlənən terroristlər, hərbi cinayətkarlar, əlləri azərbaycanlıların qanına bulaşmış separatçılar Azərbaycan qanunları qarşısında cavab vermək məcburiyyətində qalacaqlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat Ermənsitanın Baş naziri Nikol Paşinyanın son bəyanatlarını belə şərh edib: “Mütəmadi olaraq fərqli mövqedən çıxış edən Nikol Paşinyanın açıqlamalarında səmimi olmadığı hər kəsə bəllidir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı öncədən səsləndirdiyi fikirlərin sadəcə sözdən ibarət olduğu artıq heç kimdə şübhə doğurmur. Paşinyan və Paşinyan hökuməti əslində sülh danışıqlarını uzatmaq, vaxt qazanmaq, prosesləri öz xeyirlərinə dəyişmək istəyir. Bütün bunlarla yanaşı, sülh olmasını istəyən Paşinyan eyni zamanda Ermənistan ordusunun silahlanmasına çox böyük diqqət ayırır. Son aylarda Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması faktı da dəfələrlə Azərbaycan mediası tərəfindən ifşa olunub. Həmçinin Türkiyə mediasında da bu faktları görmüşük. Demək olar, sülhün baş tutmasını istəməyən qüvvələrdən biri də Fransadır. Birbaşa açıq şəkildə Emmanuel Makron hökuməti Ermənistanı Azərbaycanla münasibətlərini daha da gərginləşdirməyə sövq edir. Paşinyan hökuməti və şəxsən Paşinyan fərqli mövqelər sərgiləyir. Paşinyanın açıqlamaları ilə Ermənistan hökumətindən olan rəsmilərin açıqlamaları arasında çox vaxt uyğunsuzluğun olması bununla əlaqədardır. Əvvəllər şərti Ermənistan-Azərbaycan sərhədində ardıcıl təxribatların birbaşa revanşistlərin istəyi ilə həyata keçirildiyi düşünülürdüsə, artıq son dövrdə bütün ekspertlər fikirləşirlər ki, təxribatlarda birbaşa Paşinyanın istəkləri var. Bu təxribatları törətməklə Paşinyan və hökuməti Avropa İttifaqı müşahidə missiyasının daha uzun müddətə qalmasını təmin etmək istəyir. Eyni zamanda Azərbaycanı irimiqyaslı hərbi əməliyyatlar keçirməyə sövq edirlər. Bunun nəticəsində dünya ictimaiyyətini Azərbaycana təzyiq göstərməyə məcbur edəcəklərini, yaxud təzyiqlərini artıra biləcəklərini düşünürlər. İstənilən halda Paşinyan və onun hökumətinin yürütdüyü siyasət beynəlxalq güclər tərəfindən ciddi qəbul edilmir. Faktiki Azərbaycan Ermənistan tərəfini sülhə məcbur etmək siyasətini uğurla həyata keçirir”.
Aytəkin Qardaşova
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
Ən son xəbərləri səhifəmizdən də izləyin