BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Ukraynanı "Taxıl sazişi" məsələsində Rusiya ilə bağlı mövqeyini yumşaltmağa çağırıb

"Taxıl sazişi" məsələsində Ukraynanın Rusiya ilə birgə addımların atılması üçün mövqeyini yumşaltması lazımdır.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.


O qeyd edib ki, ən vacib məsələlərdən biri Ukrayna taxılının ixracatıdır, lakin Afrikanın yoxsul ölkələrinin payı daha çox olmalıdır.


Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiyadan gələcək taxıldan un istehsal edərək Afrika ölkələrinə göndərməyə hazırdır./APA

Tarix: 4 Sentyabr 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin