BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi Britaniya şirkətinə cərimə protokolu yazdı

Böyük Britaniyanın fire & safety services limited şirkətinin Azərbaycandakı filialına inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Məhkəmə iclası sentyabrın 18-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 5 Sentyabr 2023, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin