BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəralüminium"un cərimə protokoluna bu tarixdə baxılacaq

"Azəralüminium" Məhdud Məsuliyyətinə cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi İB-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Gəncə Şəhər Məhkəməsinin Kənan Hüseynovun icraatındadır. Məhkəmə iclası sentyabrın 18-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 5 Sentyabr 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin