BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə şirkətin pulunu mənimsəyən şəxslə bağlı hökmü açıqladı

Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Xaliq Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və Xaliq Həsənova qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin olunub.

 

İttihama görə, Xaliq Həsənov 2019-cu ildən 2022-ci ilədək “A+CO” ASC-də (əvvəlki MMC) satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləyib. “A+CO” ASC enerji və spirtli içkilərin istehsalını və satışını həyata keçirib. O, vəzifə saxtakarlığından istifadə edərək şirkətin 13 739,57 manat pulunu mənimsəyib. İstintaq dövründə Xaliq Həsənovun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. O, məhkəmədə bildirib ki, zərərçəkmişə dəymiş maddi ziyan tam ödənilib.

 

Kamal Məmmədov

Tarix: 5 Sentyabr 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin