BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ərazidəki binanın sakinlərinə ŞAD XƏBƏR

Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayonunda Salatın Əsgərova küçəsi 157 ünvanında yerləşən inşası 1901-ci ilə  aid istisamar müddəti bitən binada yaşayan sakinlərin şikayətinə münasibət bildirib. 

 

Nəsimi RİH başçısının müavini Ramiz Quliyev Pravda.az-ın sorğusuna cavab olaraq deyib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 157, eləcə də Səməd Vurğun küçəsi 357-358-ci məhəllələrdə ofis və yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə “Uğur-97” MTK-nın istifadəsinə verilib.

 

“Sözügedən ərazidə yerləşən evlərin bir hissəsində yaşayan sakinlər qarşılıqlı razılaşma əsasında köçürülüb, ilkin mərhələdə iki bina tikilərək sakinlərin istifadəsinə verilib. Şirkət nümayəndələri ilə danışıqlar aparılıb, köçürülmə işlərinin surətləndirilməsi, sakinlərə narahatlıq yaradacaq hallara yol verilməməsinin zəruriliyi barədə xəbərdarlıq edilib”, - açıqlamada qeyd olunub. 

 

Aytəkin Qardaşova 

Tarix: 5 Sentyabr 2023, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin