BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Ələkbərov: "Sifariş etdiyimiz komponentlərin açıq bazarda analoqu, satışı yoxdur"

Xəbər verildiyi kimi, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

 

Sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

 

Mərasim zamanı “Revival P” minatəmizləmə maşınının xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.  “İmprotex” Şirkətlər Qrupunun vitse-prezidenti Vüqar Ələkbərov pravda.az-a açıqlamasında bildirib ki, “Revival P” minatəmizləmə maşını tam olaraq şirkətin mühəndislərinin və mütəxəsislərinin ərsəyə gətirdiyi bir layihədir. 

 

V.Ələkbərov açıqlmasında bildirib ki, “İmprotex İndustries” MMC-nin Üst Qurğuları və metal konstruksiyaları zavodunda istehsal etdiyi “Revival P” piyada əleyhinə mina təmizləmə qurğusu minalı ərazilərin öncədən aşkarlanaraq məhv edilməsini icra edə bilən, digərlərindən 11% daha geniş Flayerə malik olub, 0°C ilə 55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilən texnikadır.


 
Onun sözlərinə görə, partlayışa dayanıqlı 80x yaxınlaşdıra bilən 360° PTZ kamera görüntü izləmə imkanı ilə təmin olunan “Revival P”, daha dayanıqlı və yüksək temperatura dözümlü TUF metal materiallarla təchiz olunub.

 

V.Ələkbərov vurğulayıb ki, “Revival P” maşının ehtiyyat hissələrinin böyük bir qismi Azərbaycanda istehsal olunur. 
“Sadəcə mühərrikin Azərbaycanda istehsalı yoxdur deyə biz onu sifarişlə xaricdən idxal etmişik. Lakin bu özəl mühərrikdir və məhz bizim layihəmiz üzrə hazırlanıb.  

 

Elə komponentlər var ki, hələ ki, Azərbaycanda istehsalı yoxdur. Biz həmin komponentləri xaricdən əldə edirik, amma sifariş verdiyimiz komponentlər bizim layihəmizə uyğun istehsal edilib bizə təhvil verilir. Yəni bizim sifariş etdiyimiz həmin komponentlərin açıq bazarda analoqu, satışı yoxdur. O komponentlər yalnız bizim üçün istehsal edilir. “Revival P” özəl olaraq bizim layihəmizdi və düşünürəm ki, biz bu layihə ilə nəinki yerli bazarda, dünya bazarında da uğur qazana bilərik”, - deyə o əlavə edib.

Fotoları təqdim edirik
Tarix: 5 Sentyabr 2023, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin