Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvü İltizam Yusifov Azərbaycanda oktyabr ayından Aİ-92 markalı benzinin 1 litrinin qiymətinin 1,50, Aİ-95-in isə 2,50 AZN olacağı barədə fikirlərə aydınlıq gətirib.
İ.Yusifov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda benzinin keyfiyyəti həmişə istehlakçıları ciddi narahat edib.

“Əslində, bunun səbəbi köhnə Sovet texnologiyası ilə istehsal olunan, müasir ekoloji tələblərə cavab verməyən benzinin daha müasir avtomobillərdə istifadəsinin mümkünsüzlüyündən və ya yaratdığı problemlərdən qaynaqlanır. Bilirsiniz ki, Aİ-92 markalı benzin yerli istehsaldır, Aİ-95, Aİ-98 markalı benzinlər isə idxal olunur. Yerli istehsal olan Ai-92 markalı benzin əsasən də avtomobil parkının köhnə hissəsinin normal işləməsini təmin etsə də, yenilənən avtomobil parkının tələblərini ödəmir və müasir ekoloji tələblərə cavab vermir. Bu gün ölkəmizdə avtomobil parkının yenilənməsi istiqamətində müntəzəm işlər aparılır. Belə ki, 2014-cü ildən ölkəyə "Avro 4" tələblərindən aşağı yanacaqla işləyən, o cümlədən daha sonra 10 ildən artıq istehsal tarixi olan avtomobillərin idxalına məhdudiyyət qoyulub. Bu il avtomobillərin utilizasiyası ilə bağlı qanunlarda dəyişiklik edilərək müvafiq qanun qəbul olunub. Bütün bunlar ölkədə avtomobil parkının yeniləşməsini təmin edərək ekoloji durumun yaxşılaşdırılmasına hesablanan tədbirlərdir. İdxal olunan avtomobillərin, ümumiyyətlə, yeniləşən parkın benzinə olan ekoloji tələbləri də yüksəkdir”, - deputat bildirib.
İ.Yusifov benzinin bahalaşacağı ilə bağlı fikirlərə belə cavab verib: “İndiki şəraitdə müasir tələblərə - Avro standarlarına cavab verməyən Ai-92 markalı benzinin qiymətinin artımı ilə bağlı heç bir səbəb və iqtisadi əsaslandırma görmürəm. Lakin bilirsiniz ki, ölkəmizdə Neft Emalı Zavodunda artıq bir neçə vaxtdır, yüksək keyfiyyətli, Avro standartlarına uyğunlaşdırılmış avtomobil benzininin istehsalı üçün rekonstruksiya işləri aparılır. Bu il “Avro-5” standartlarına uyğun dizel yanacağının, yaxın gələcəkdə isə yüksək keyfiyyətli, Avro standartına uyğunlaşdırılmış benzin istehsalı planlaşdırılır. Yeni, keyfiyyətli, avro standartlı benzin istehsal edilərək istehlakçılara təklif edildiyi halda yeni qiymətin formalaşması təbii haldır. Sözsüz ki, yüksək keyfiyyətli benzinin sərf xərcləri ilə avtomobilin təmir xərcləri bir-birini mütləq kompensasiya edəcək. Bu həm də avtomobillərin sayının artması fonunda ətraf mühitə atılan zərərli tullantıların azaldılması, ekoloji durumun yaxşılaşdırılmasına böyük təsir edəcək”.
Aytəkin Qardaşova
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin