BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zivella mobilya inşaat sanayi ticaret limited" şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə yazıldı

"Zivella mobilya inşaat sanayi ticaret limited" şirkətinin Azərbaycandakı nümayəndəliyinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi İB-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə iclası sentyabrın 19-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 5 Sentyabr 2023, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin