BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış hakimin qardaşı Füzuli Ələkbərova məxsus olduğu bildirən şirkəti məhkəməyə verdi

"İmprotex motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, şirkətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti Kafari Seyran Əli oğlu edib.

 

Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Günay Axundovanın icraatındadır. Məhkəmə iclası oktyabrın 2-də keçiriləcək.

 

Qeyd: BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycana rəsmi idxalçısı olan MMC-nin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir. İddiaçı Seyran Kafari isə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin qardaşıdır. 

 

Xəyal Quliyev

Tarix: 6 Sentyabr 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin