BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mavi”, “Levis”, “Colins”, "Greyder” brendlərinin daxil olduğu şirkətə protokol yazıldı - Valyuta vəsaitini xaricdən geri qaytarmayıb

"Setex group" Məhdud Məsuliyyətli Cəmiyyətinə daha bir inzibat protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə iclası sentyabrın 18-də keçiriləcək.

 

Qeyd: “Mavi”, “Levis”, “Colins”, "Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand” kimi  markalar “Setex Group” tərəfindən təqdim edilir.

 

Xəyal Quliyev

Tarix: 6 Sentyabr 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin