BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğlunu öldürən atanın məhkəməsi başlayır

Bakıda oğlunu öldürməkdə təqsirləndirilən Ramiz İsrafilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı  1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 6 Sentyabr 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin