BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə nazirliyin elektron qolbaq taxdığı əməkdaşına bəraət verdi

Şəki Apellyasiya Məhkəməsində rüşvətə təhrik etməkdə təqsirləndirilən Niyam Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub və Niyam Əsədova bəraət verilib.

 

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi. İttihama görə, Niyam Əsədov 2018-ci ildə Mədəniyyət Nazirliyinin Regional İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri Suçma kənd Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyin edilib. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Mahal Qarayevi (şərti) İdarənin tabeçiliyində olan mədəniyyət evlərindən birinə işə qəbul edilməsində köməklik göstərilməsi vəd edib. Niyam bununla bağlı 2022-ci ilin fevral ayında həmin şəxsdən 3000 manat pul alıb. Daha sonra Niyam Əsədov verdiyi vədə əməl etməyib.

 

Kamal Məmmədov

Tarix: 6 Sentyabr 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin