BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızı ona ərə vermədilər deyə toyu yasa çevirdi - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində gəlinlə şadlıq sarayına daxil olan bəy silahlı hücuma məruz qalıb.

 

Silahlı şəxs bəyə tapançadan bir neçə dəfə atəş açaraq hadisə yerindən uzaqlaşıb.

 

İnsident nəticəsində 23 yaşlı bəydən əlavə toy məclisində iştirak edən daha bir qonaq yaralanıb.

 

Yaralanan hər iki nəfər xəstəxanaya çatdırılıb. Həkimlər bir neçə güllə yarası alan bəyin vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Artıq cinayəti törətmiş şəxs də saxlanılıb. O, ilkin dindirilmə zamanı ərə gedən qızı ona vermədiklərinə görə cinayətə əl atdığını söyləyib.

 

İstintaqın davam etdirildiyi bildirilir.

 

Tarix: 6 Sentyabr 2023, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin