BURADA REKLAMINIZ OLA
BİLƏR

BBC ermənipərəst mövqeyindədir - RƏY

"Son vaxtlar BBC telekanalının Azərbaycan - Ermənistan münasibətləri, Qarabağda yaşayan ermənilərin vəziyyəti haqqında yaydığı materiallar reallıqdan tamamilə uzaqdır və qərəzli xarakter daşıyır. Bu qeyri - obyektiv materiallarda Azərbaycan əleyhinə söylənilən fikirlər, erməni separatçılarının müdafiə və təbliğ edilməsi göstərir ki, telekanal ermənilərə satılıb və onların mənfur məqsədlərinə xidmət edir".
 
 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
 
 
Komitə sədri bildirib ki, dünyada geniş əhatə dairəsinə malik olan BBC həqiqətləri dilə gətirmək, 30 il işğal altında olan Azərbaycan torpaqlarının, dağıdılmış yüzlərlə şəhər və kəndlərin vəziyyətini işıqlandırmaq, Qarabağda fəaliyyət göstərən silahlı erməni quldurlarının əməllərini ifşa etmək əvəzinə, əslində separatçılara haqq qazandırır ki, bu da yolverilməzdir: "Bu bir daha sübut edir ki, telekanalın məqsədi Azərbaycanın artan nüfuzuna kölgə salmaq, separatçılara dəstək vermək, münaqişəni yatırtmaq yox qızışdırmaqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar eyni hüquq və səlahiyyətlərə malik olduqları halda Qarabağda yaşayan ermənilərə üstünlük vermək, onları hansısa yüksək səlahiyyətə malik olan bir qrum kimi təqdim etmək Azərbaycan kostitusiyasına ziddir və ədalətli seçim deyildir. Hadisələrə ermənipərəst mövqedən yanaşmaq, reallıqları danmaq, Qarabağda yerləşən canilərə bəraət qazandırmaq, onların halına acımaq və bunu dünyaya nümayiş etdirmək BBC və onun Azərbaycan xidməti üçün bir ləkədir, azad sözün imkanlarından sui - istifadə etmək, telekanalı hörmətdən salmaqdır. Bu jurnalistika etikasına, prinsiplərinə, sivil media dəyərlərinə, ilk növbədə insanlığa ziddir".
 
 
T.Rzayev qeyd edib ki, başqasının taleyini, əsl həqiqətləri düşünən insan peşəsindən, vəzifəsindən asılı olmayaraq ali dəyərləri - insanlığı üstün tutulmalıdır. Ancaq görünür ki, BBC - nin Azərbaycan haqqında materiallar hazırlayan əməkdaşları insanlıqdan, həqiqətlərdən uzaqdırlar, onlar riyakarların, cəlladların şirin dilinə, puluna allanıblar və ona görə də həqiqətləri təhrif edirlər: "Günahsızı günahlandırır, əli insan qanına batanları qəhrəman kimi təbliğ edirlər, onlara çıxış etmək, iftiralar söyləmək üçün imkan yaradırlar. Media orqanının separatizmi təbliğ edən, Azərbaycan reallıqlarına kölgə salan bu mövqeyi arzuolunmazdır. Belə anti – Azərbaycan mövqeyindən çıxış etmək göstərir ki, BBC bir qrup erməni əlində oyuncağa çevrilib, yolunu azıb, ermənipərəst mövqe tutmaqla öz nüfuzunu alçaltmaqdadır. Həm də bu kanal əməkdaşları dərk etməlidir ki, hərəkətləri və yanlış mövqeləri ilə  sağlam olan Böyük Britaniya və Azərbaycan arasındakı münasibətlərə xələl gətirə bilərlər. Əlbəttə bu yolverilməzdir. BBC rəhbərləri iki ölkə arasında mövcud olan əməkdaşlığa, münasibətlərə kölgə salmamaq üçün öz səhvlərinə düzəliş etməlidirlər. Sağlam media, mətbuat aralığa nifaq salmağa, reallıqları danmaya, nüfuzunu satmağa, alçaltmağa yox, xeyirxah məqsədlərə, ali dəyərlərə xidmət etməlidir".
Tarix: 6 Sentyabr 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin