BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbycanda 260 məhkum şərti azadlığa buraxıldı - Koronavirusa görə

“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.

 

Pravda.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: “Humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.APA

Tarix: 30 Aprel 2020, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin