BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qoyunlarımı oğurlamısan" deyən şəxsə 3 bıçaq vurdu - MƏHKƏMƏ

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Cəbi Cəbiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Sabirabad rayonu, Yolçubəyli kəndində qeydə alınıb. Belə ki, Cəbi Cəbiyevin həmkəndlisi, zərərçəkmiş Səməd Əsədov (şərti) onu qoyunlarının oğurlanmasında ittiham edib, nalayiq ifadələrlə təhqir edib. Daha sonra onların arasında mübahisə yaranıb. Nəticədə Cəbi üzərində gətirdiyi bıçaqla həmkəndlisinə qəsdən üç dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 7 Sentyabr 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin