BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə əmisini "vintaçan"la vuran şəxs barəsində qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Lətif Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Saatlı Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 21 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində qeydə alınıb. Belə ki, Lətif Məmmədov onunla qonşuluqda yaşayan əmisi, zərərçəkmiş Məmməd Məmmədovla (şərti) ailə münasibət zəmininə mübahisə edib. Nəticədə o, zərərçəkmiş şəxsin yaxın adamları, oğlu, bacısı, gəlini və nəvəsinin gözü qarşısında əmisinin sağ əl nahiyəsinə "vintaçan"la zərbələr endirib.

 

Kamal Məmmədov

Tarix: 7 Sentyabr 2023, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin