BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülərin nəzərinə: Havalar soyuyur, bunlara əməl edin

Avtomobi bir mexanizmdir. İnsan özünə necə qulluq edirsə, avtomobilinə də vaxtlı-vaxtında diqqət göstərməlidir. Payız-qış aylarına doğru avtomobil sürücülərini ən çox maraqlandıran məsələ də məhz avtomobillərin qış rejminə necə hazırlamaq lazım olduğudur. Siz də avtomobilinizdə yayda istifadə etdiyiniz yararsız təkərlərlə "qışı yola verə bilərəm", “ayağımı yerdən kəsir, vəssalam” deyənlərdənsinizsə, onda peşəkar məsləhətinə qulaq verməyinizdə fayda var.

 

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Rəşad usta deyib ki, havaların soyuması ilə əlaqədar ən birinci növbədə avtomobillərdə “antifreeze”ə, yəni soyutma mayesinə fikir vermək lazımdır: 

Ustalar

“Çünki şaxta düşərsə, donma ehtimalı var, bu isə avtomobilin mühərrikini zədələyə bilər. Yağın isə fəslə aidiyyatı yoxdur. Əsas təkərlərə baxılmalıdır. Artıq təkərlər qış rejiminə keçməlidir. Digər məsələ isə akkumlyatordur. Çünki akkumlyator qışda daha çox enerji itkisinə məruz qalır”. 

 

Usta bildirib ki, qışda yay təkərlərindən istifadə etmək qəza halına səbəb ola bilər: “Çünki asfaltın temperaturu aşağı düşəndə yay təkərinin yerin səthi ilə təması zəifləyir. Bu səbəbdən qış təkəri soyuq asfaltda daha yaxşı saxlayır, nəinki yay təkəri. Yəni avtomobilin əyləc məsafəsi artır”.

 

Aytəkin Qardaşova 

Tarix: 7 Sentyabr 2023, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin