BURADA REKLAMINIZ OLA
BİLƏR

"Araz supermarket"ə yenə cərimə protokolu yazıldı - Ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə...

"Araz supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Bu Məcəllənin 198.2-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 7 Sentyabr 2023, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin