BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda rusiyapərəst bloger, jurnalist və daha 5 nəfər saxlanılıb

Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasının təfərrüatları məlum olub.

 

M.Badalyan, A.Gevorkyanla birlikdə daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar.

 

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan feysbukdakı səhifəsində yazıb ki, onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq silah əldə etmə, satma, saxlama, daşıma, çatdırma maddələri ilə saxlanılıblar.

 

Faktla bağlı istintaq qrupu yaradılıb, istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar, onlar Ermənistan İstintaq Komitəsindədirlər. Rusiyanın Ermənistandakı səfirliyi açıqlama yayaraq, Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasının narahatlıq doğurduğunu bildirib.

 

Mika Badalyan daha əvvəl İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl isə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı./Report

Tarix: 8 Sentyabr 2023, 01:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin