BURADA REKLAMINIZ OLA
BİLƏR

Torpaq sahəsini qanunsuz becərən şəxsə elektron qolbaq taxıldı

Şəki Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Taleh Səlimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. Ağsu Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Taleh Səlimov qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmaqla becərib. Belə ki, o, 2023-cü ilin yanvar ayında torpaq sahəsində əkin işləri aparmaqla qazanc əldə etmək, vahid niyyəti ilə əhatə olunan qəsdlə Ağsu rayonunun Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 2,65 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qeyd olunan bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan, bələdiyyənin icazəsi olmadan qəsdən qanuni sahibini  həmin torpaq sahəsinə daxil olmaqdan və ya torpaq sahəsindən sair formada istifadə etməkdən məhrum edib. Taleh Səlimov 2023-cü ilin yanvar ayında sözügedən ərazinin 2,65 ha hissəsini əkinə yararlı vəziyyətə gətirməklə, həmin hissədə buğda toxumları əkib, onlara qulluq edib yetişdirməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayonun Nəmirli bələdiyyəsinə məxsus 2,65 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini özbaşına tutmaqla becərib.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2023, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin