BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə pambıq zavodunun əməkdaşı ilə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Rövşən Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Ucar Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Qeyd: Hadisə 10 dekabr 2022-ci il tarixdə, saat 14:20 radələrində Ucar rayonunda yerləşən pambıq emalı zavodunda qeydə alınıb. Belə ki, Ziyad Muradov həmin şirkətdə operator vəzifəsində çalışıb. Zərərçəkmiş Namiq Əsədov da zavodda 3 pilləli təmizləyici qurğuda operator işləyib. Həmin vaxt zərərçəkmiş qurğuda yaranmış tıxanmanın aradan qaldırılması işi aparılmasına baxmayaraq, xəbərdaredici zəng siqnalı vermədən qurğu işə salınıb. Nəticədə Namiq Əsədov xəsarət alıb.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin