BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 73 minlik oğurluq edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nazim Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Nazim Quliyev ötən ilin may-iyul aylarında paytaxt ərazilərində yerləşən iki evdən ümumilikdə 72759 manatlıq qızıl-zinət əyaları oğurlayıb. O, məhkəmədə elan olunmuş ittiham üzrə hər iki epizod üzrə özünü təqisirli bilib. Nazim Quliyev  deyib ki, əvvəllər qonşuları ilə birlikdə oğurluq etdiyi üçün həmin cinayət işi ayrıca icraya ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin