BURADA REKLAMINIZ OLA
BİLƏR

İşıqforda qaydaları pozan şəxs ona irad bildirən sürücünü döydü - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən X.Mustafayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, şikayət təmin edilməyib. Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 30 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, X.Mustafayev etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında hərəkətdə olarkən həmin yol ilə hərəkətdə olan “Mersedes Benz E240” markalı maşının sürücüsü, zərərçəkmiş M.Hacıyev (şərti) ona yol hərəkəti qaydalarını pozması ilə bağlı irad bildirib. Bu zaman o, zərərçəkmiş şəxslə mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs M.Hacıyevin ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib. O, əvvəlcə qəsdən yumruqla zərərçəkmiş şəxsin üz nahiyəsindən və təpiklə sol ayaq nahiyəsindən vuraraq, M.Hacıyevə xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin