BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayev “Azərbaycan” Nəşriyyatına getdi, baş direktor özündən çıxdı - VİDEO

Özünü blogger kimi təqdim edən Ata Abdullayev Azərbaycan nəşriyyatının binasına gedərək, oradakı vəziyyəti videogörüntü ilə sosial şəbəkələrdə canlı yayım edib.

 

Canlı yayım zamanı Ata Abdullayev  Azərbaycan nəşriyyatının və mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Eyni zamanda Ata Abdullayev Azərbaycan nəşriyyatının binasında otağları gəzərək, sosial şəbəkədə paylaşıb. Bu zaman binada heç kəs gözə dəyməyib. Demokrat.az məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənməyə çalışıb. Bloggerin binaya gəlməsindən xəbərsiz olduğunu deyən baş direktor Ata Abdullayevin bu hərəkətlərinə çox əsəbi halda qısa cavab verib:"Axı Ata Abdullayevi binaya kim buraxıbb?!...".

Daha sonra Ağabəy Əsgərov danışmaq istəməyib.

 

Tarix: 30 Noyabr 2019, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin