BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kafe müdiri rayonun hökmdarına çevriləndə, adamlara müştəri gözü ilə baxacaq”

Həbs olunan icra başçısının ali təhsilinin olmamasını aşkarlamaq üçün onun ən azı 15 il başçı işləməsi lazımmış.

 

Yaxud sadə vətəndaşa 190 manat yardım təyin etmək üçün 22 data bazadan onun maddi imkanlarını, məşğulluq statusunu 1 saata yoxlamaq olur, amma vəzifəli şəxslərin illərlə yığdıqları sərvəti aşkarlamaq üçün 15-20 il axtarış aparmağa gərək olur.

Bir dəfə bu barədə yazmışam, Türkiyədə kaymakam vəzifəsi (təxminən bizdəki rayon icra rəhbəri) tutmaq üçün hansı ixtisas tələblərinə ehtiyac var. Dövlət idarətmə ixtisası 100% olmalıdır, ən azı idarəetmə sahəsində kurs və təlimlər keçməli, "stajyor" olmalı və s.

Çox sərt tələblər və uzun tərcümeyi-halı tələb olunur. Amma tərcümeyi-halındakı restoran müdiri vəzifəsilə kaymakamlığıa iddia edə bilməzsən.

Ömrü boyu restoran-kafe müdiri olan adamlar qəfil bir rayonun hökmdarına çevriləndə adamlara da müştəri gözü ilə baxacaqları dəqiqdir.

 

Rövşən Ağayev

 

İqtisadçı

Tarix: 30 Aprel 2020, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin