BURADA REKLAMINIZ OLA
BİLƏR

"O, "Drakon Tahir" ifadəsini səsləndirir, lağ edir, qansaydı, bilərdi ki, əjdaha deyəndə korrupsionerləri nəzərdə tutmuşam"

""Bumeranq" internet televiziyasının rəhbəri Elçin Rəhimzadə Vəhdət Partiyasının dövlət qeydiyyatına alınması ilə bağlı qeyri-ciddi paylaşım edib, ünvanıma nalayiq ifadələr səsləndirib. Doğrusu, həmin şəxsi tanımıram. Diqqət etdim, gördüm, xeyli partiyaya eyni münasibəti göstərib. Bu insan bilməlidir ki, Vəhdət Partiyası çoxminli Bakı Kəndlər Birliyinin bazasında yaradılıb. Həmin birlik Milli Azadlıq Hərəkatında çox ciddi rol oynayıb. Bizim çox güclü vaxtlarımız olub. Qurultayımızda Əbülfəz Elçibəy və digər şəxslər çıxışlar ediblər. Fikir bildirəndə obyektivliyi gözləmək lazımdır. Paylaşımlarına baxdım, Azərbaycanın əleyhinə nə varsa, sevinir. Təəssüf edirəm, belələrinə inananlar da var. Yoxsa bu məsələyə münasibət bildirməzdim. Məsələn, "Drakon Tahir" ifadəsini səsləndirir. Bu insan qansaydı, bilərdi ki, əjdaha deyəndə inhisarçıları, korrupsionerləri nəzərdə tutmuşam. Prezident müraciət etmişdim ki, onları cəzalandırın, xalq Sizi müdafiə edəcək. Elçin kimilər də bunu lağ obyektinə çevirir. Bilirsiniz ki, əjdaha oyuncaqla məni hədələmişdilər. Özlərini "demokrat" adlandırırlar... Sən bilirsən ki, digər partiyalar qeydə alınmayacaq. Müsavat Partiyası, AXCP də qeydə alınsa, eyni sözləri deyəcəksən?"

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

"Hamı gördü ki, partiyaların qeydə alınması məsələsində fərq qoyulmadı, obyektivlik təmin olundu. Hansı partiyanın sənədləri düzgündürsə, qeydə alınır. Amma bəziləri bu addımı həzm edə bilmirlər. Hökuməti xalqın gözündən salmağa çalışırlar. Obyektiv olmaq lazımdır, çatışmazlıqlar varsa, demək lazımdır, amma nahaq danışmaq, şər-böhtan atmaq olmaz. Cəmiyyəti belə ünsürlərə fikir verməməyə dəvət edirəm", - partiya sədri qeyd edib.

Tarix: 9 Sentyabr 2023, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin