BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi ilə bağlı AÇIQLAMA

“Bizim yanaşmamız karantin rejiminin koronavirusla mübarizə qaydalarına tam uyğundur. Biz əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına, qəbul etdiyi qərarlara, cənab Prezidentin tövsiyə, tapşırıq və sərəncamlarına uyğun davranılmasını istəyirik. Çünki bu zəncir qırılmalı, nəhayət, bu proses durdurulmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

“Hər kəs bu işə xidmət etməli və özünün vəzifəsini yerinə yetirməlidir. Kimlərsə bu mübarizə tədbirlərinin təşkilatçılığı, kimlərsə xidmət sahələrində, təhlükəsizliyin təmin olunmasında, asayişin qorunmasında, xüsusilə də tibb işçilərimiz, həkimlərimiz müalicə prosesində və digərləri isə ondan tələb olunan sadə bir məsələyə – evdə qalmaq tələbinə əməl etməlidir. Bununla da hər kəs özünün, ailəsinin, yaxınlarının və bütün cəmiyyətin qorunmasına öz töhfəsini verməlidir. Başqa yollar axtarmağa ehtiyac yoxdur, bu yollar bəllidir. Hər kəsin davranışı necə olmalıdır, o barədə tövsiyələr var, onlara əməl etmək lazımdır. Biz də komitənin saytında, Facebook, Twitter səhifəsində bununla bağlı BMT-nin, UNİSEF-in digər beynəlxalq təşkilatların, evdə ünsiyyətdən tutmuş, ailədaxili münasibətləri pandemiya dövrünə uyğun qurmaqla bağlı tövsiyələrini yaymaqla maarifləndirici işlə məşğuluq. Hesab edirəm ki, bu, hamını əhatə etməsə də - çünki hamı Facebook istifadəçisi deyil və ucqar kəndlər, yaşlı adamlar və digərləri bu təlimlərdən uzaqda qalır - amma biz imkan daxilində insanları bura daha cox cəlb etməyə, həm boş vaxtın keçirilməsinə dəstək olmağa, həm də ki, koronavirusla mübarizə barədə təlimatların onlara çatdırılması işinə töhfə verməyə çalışırıq” – B.Muradova qeyd edib.musavat.com

Tarix: 1 May 2020, 07:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin