BURADA REKLAMINIZ OLA
BİLƏR

İrakli Qaribaşvili növbəti üçlü görüş üçün Tiflisi təklif edə bilər - RƏY

"Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi gün ərzində bir xeyli dövlət başçısını telefonla narahat edib, Azərbaycandan şikayət edib. Paşinyanın zəng etdiyi liderlər arasında qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili də olub. Paşinyan o biri liderlərə dediyini Qaribaşviliyə də təkrarlayıb: “Azərbaycan prezidenti ilə görüşməyə hazıram”".


Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
 

"İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyini bir ildən artıqdır vurğulayır. O bu məqsədlə bir neçə dəfə Bakıya və İrəvana səfərlər edib. Prezident İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət baxarkən, Nikol Paşinyan İrakli Qaribaşviliyə konkret heç nə demirdi. Makrona yalvarmaqdansa, Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanda görüşmək məqbul olmazmı? Böyük ehtimalla İrakli Qaribaşvili İlham Əliyevə də zəng edərək üçlü görüş üçün Tiflisi təklif edə bilər" - politoloq əlavə edib.

Tarix: 9 Sentyabr 2023, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin