BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısı oğlunu öldürən şəxs kassasiya şikayəti verdi

Ağstafada qətl törətməkdə təqsirləndirilən Əli Əsgərovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

 
Qeyd: Hadisə 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonunun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və Əli Əsgərov saxlanılıb.

 
Çingiz Vəlizadə Əli Əsgərovun dayısı oğludur.

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin