BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan KTMT-dən çıxır? - Peskovdan açıqlama

Qərbyönlü analitiklər Ermənistanın guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyindən danışırlar, lakin Rusiya Federasiyası bu cür rəsmi siqnalları görmür.

 

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Biz bu mövzuda çoxlu müzakirələrin şahidi olduq. Belə deyək, Ermənistanda olan qərbyönlü analitiklər bunu dəfələrlə müzakirə ediblər. Lakin bu məsələ ilə bağlı heç bir rəsmi siqnal almamışıq", - deyə Peskov vurğulayıb.

 

Ermənistanın ərazisinə hücum olacağı təqdirdə Rusiyanın Ermənistanı müdafiə etməyə hazır olub-olmaması ilə bağlı dəqiqləşdirici suala isə Kremlin sözçüsü belə cavab verib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Eləcə də, bilirsiniz ki, Ermənistan Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığı üçün orada vəziyyət bir qədər dəyişib, ona görə də bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi", - deyə Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb./APA

Tarix: 11 Sentyabr 2023, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin