BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nar” məhkəmədə "Xaliq Faiqoğlu”na qismən qalib gəldi

Bakı Kommersiya Məhkəməsində "Azerfon” MMC-nin (“Nar”) "Xaliq Faiqoğlu” MMC-yə qarşı iddiasına baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, iddia qismən təmin edilib.

 
Qeyd: “Nar” şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. Lakin müqavilənin nədən ibarət olduğu açıqlanmayıb.

 
Xatırlatma: “Azerfon” Azərbaycanda mobil rabitə xidmətləri göstərir. "Xaliq Faiqoğlu" isə ölkədə bir çox marşrut xətlərinin daxil olduğu əsas MMC-lərdən biridir. "Xaliq Faiqoğlu" şirkətinin faktiki rəhbəri Faiq Seyidovdur. Şirkət rəhbərinin adı mətbuata oğlunun törətdiyi qəza ilə də tanışdır. Faiq Seyidovun oğlu Xaliq Seyidovun Binəqədi rayonu ərazisində törətdiyi qəzanın gizlədilməsi ilə bağlı yazılar dərc edilirdi. Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülk davası da geniş müzakirələrə səbəb olmuşdu.

 
Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri həm də “Safa Holdinq”in sahibi olan Faiq Seyidova icarəyə verdiyini, pulu ala bilmədiyini deyirdi. Azad Xanməmmədov mühafizəçilərlə holdinqə gedərək ictimai asayişi pozmuşdu. Buna görə də o, və bir neçə mühafizəçi həbs edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin