BURADA REKLAMINIZ OLA
BİLƏR

“Niaqara” restoranının qarşısında maşını qarət edən şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Səməd Əmrahlının (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Səməd Əmrahlıya 9 ay müddətinə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 aya endirilib.

 

İttihama görə, hadisə “Niaqara” restoranının qarşısında qeydə alınıb. Belə ki, Səməd Əmrahlı restoranın qarşısında saxlanılmış, zərərçəkmiş Qalib Həsənovun (şərti) etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E240” markalı avtomobilin qapısını açaraq ora daxil olub. Bu zaman o, maşının saxlanc yerində olan, zərərçəkmiş şəxsə məxsus pulqabının içərisindən 1200 manat pulu və həmin dövrün məzənnəsi ilə 36,30 manat təşkil edən 1500 rus rublunu gizli olaraq talayıb.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin