BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azsığorta"nın Nəsimi RİH və “Azərsu” ASC-yə qarşı məhkəməsi başladı

Bakı Kommersiya Məhkəməsində "Azsığorta" ASC-nin Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və “Azərsu” ASC-yə qarşı məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

 

Qeyd: "Azsığorta" ASC Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və “Azərsu” ASC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin