Ötən illərlə müqayisədə ölkə ərazisində bu il payızın gəlişi daha tez müşahidə olundu. Havaların qəfil soyuması insanlar arasında qrip və oxşar xəstəliklərlin artmasına gətirib çıxarıb. Xəstəlik, əsasən, burun tutulması, boğaz ağrısı, baş ağrısı, qızdırma, halsızlıq və bu kimi simptomlarla özünü büruzə verir. Bağçaların açılması ilə əlaqədar uşaqlar arasında daha çox yoluxma müşahidə olunur. Məktəblərin açılmasına da sayılı günlər qaldığını nəzərə alaraq, valideynlərin indidən tədbir görmələri tövsiyə edilir.
Həkim-infeksionist Ləman Qalimova da Pravda.az-a açıqlamasında deyib ki, hazırda mövsüm dəyişir və bağçalar yeni açıldığı üçün uşaqlar arasında təmas artır.
“Havalar dəyişkən olduğuna görə uşaqların immun sistemi zəifləyə bilər. Bir uşaq xəstələndikdə ətrafındakıları da asanlıqla yoluxdurur. Məhz bu səbəbdən uşaqlar arasında toplu şəkildə qrip və digər infeksiyaların yayıldığını müşahidə edirik. Məsləhət görülür ki, valideynlər yoluxmaların kəskin dövründə uşaqların bağçaya gedişini müvəqqəti dayandırıb, sonra yenidən göndərsinlər. Çünki uşaq istər-istəməz həm bağçada, həm məktəbdə bu infeksiyalarla qarşılaşmalıdır ki, immun sistemi yaransın. Ən yaxşı qorunma yolu isə uşaqların mövsümi qripə görə peyvənd olunmalarıdır. Mütləq sxem şəklində olan peyvəndlərini tamamlamalıdırlar ki, infeksiyalarla qarşılaşdıqda yüngül keçirsinlər, ağır fəsadlara yol açılmasın. Uşaqların çantasına spirt tərkibli əl antiseptikləri, qoruyucu maska qoya bilərlər. Valideynlər uşaqlara başa salmalıdırlar ki, maskadan istifadə etsinlər, qripə yoluxan uşaqlara yaxınlaşmasınlar, sosial məsafəni qorusunlar, bağçada, məktəbdə əllərini tez-tez yusunlar. Geyimə də fikir vermək lazımdır. Nə çox isti geyindirmək olmaz, nə də çox nazik. Əsas budur ki, uşaq tərləməsin. Geyim nə qədər rahat olsa, uşaq o qədər az xəstələnər”.
Həkim bildirib ki, hazırda təkcə uşaqlar arasında deyil, həm də böyüklər arasında yoluxmalar müşahidə olunur: “Böyüklərə isə qrip əsasən uşaqlardan keçir. Hələ ki bu, mövsümi qrip olaraq qeydə alınır. Yaxşı olar ki, qidalanmaya, sağlam həyat tərzinə fikir versinlər, sosial məsafəni qorusunlar. Böyüklər də tibbi maskadan, mövsümi qrip peyvəndindən mütləq istifadə etsinlər”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin