BURADA REKLAMINIZ OLA
BİLƏR

RİH-dən icra başçısının 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə verməsi ilə bağlı xəbərə reaksiya

Ucar Rayon İcra Hakimiyyəti icra başçısı Mənsur Məmmədovun ali məktyəblərə qəbul imtahanında 600 bal toplayanlara 6 manatlıq saat hədiyyə verməsi ilə bağlı xəbərə reaksiya verib.

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun həmkarları tərəfindən alınmış xatirə hədiyyələri təqdim edilib.

 

Xatırlatma: Mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr uşaq saatlarından ibarət olub. Həmin saatların satış dəyəri isə 5.80 manatdır.

Tarix: 12 Sentyabr 2023, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin