BURADA REKLAMINIZ OLA
BİLƏR

"Optimal elektronika"ya cərimə yazıldı

"Optimal elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır. Məhkəmə iclası sentyabrın 21-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 13 Sentyabr 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin