BURADA REKLAMINIZ OLA
BİLƏR

Corc Buş Priqojinlə fotosunu görüb şoka düşdü

Corc Buş Yevgeni Priqojinin “ona yemək verən oğlan” olduğunu biləndə şoka düşüb.

 

Jurnalistlər ABŞ-nin keçmiş prezidentinə Priqojinin ölümünün onu nə dərəcədə təəəcübləndirdiyini soruşublar.

 

“Xeyr, məni şoka salan odur ki, ötən gün Sankt-Peterburqda keçirilən G8 sammitindən bir fotoşəkil gördüm. Orada Priqojin mənə yemək verən oğlan idi. Tək bildiyim odur ki, sağ çıxdım”, - deyə kiçik Buş bildirib.

 

Qeyd edək ki, şəkil 2006-cı ildə Sankt-Peterburqda çəkilib. Priqojin Putinlə şam yeməyi zamanı Buş və onun həyat yoldaşına xidmət edib.

 

Oxu.az

Tarix: 13 Sentyabr 2023, 02:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin