BURADA REKLAMINIZ OLA
BİLƏR

BSU-nun sabiq müəllimi dələduzluğa görə həbs edildi - CƏZA

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaqut Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Nizami Rayon Məhkəməsinin  hökmü ilə Yaqut Məmmədova 2 il  müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, Yaqut Məmmədova Bakı Slavyan Universitetində baş metodist vəzifəsində işləyərkən Nurəddin Abdullayevin övladını İ.M.Seçenov adına Moskva Tibb Universitetinə qəbul olunmasına kömək edəcəyinə dair yalan vəd verərək aldadıb. Belə ki, o, həmin şəxsin etibarından sui-istifadə etməklə 2018-ci ildə paytaxt ərazisində yerləşən “Mado” restoranında zərərçəkmişdən 10 000 manat və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında yerləşən “Sərin” kafesində 25 000 manat nağd pulu ələ keçirib. Bununla da o, Nurəddin Abdullayevə qarşı ümumilkdə 35 000 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq edib. Məhkəmə istintaqı zamanı ifadə verən Yaqut Məmmədova ona Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, 1984-cü ildən Bakı Slavyan Universitetində metodist işləmiş, hazırda təqaüdə çıxıb. 2018-ci ilin yay aylarında işlədiyi institutda əvvəllər dekan vəzifəsində işləmiş Fidan Qaraqurbanlı ilə söhbət zamanı sonuncu ona söyləyib ki, tanışının qızı instituta qəbul olunmaq üçün sənəd verib, lakin imtahanda topladığı bal qəbul üçün kifayət etməyib, ondan həmin işi düzəldə bilən münasib tanışının olmasını soruşub. Həmin vaxt Yaqut Məmmədova Fidana deyib ki, elə bir tanışı var, bir-neçə ilə əvvəl həmin tanışı onun qohumunun instituta qəbul olunmasına kömək edib. Fidan ona vurğulayıb ki, onun mobil nömrəsini tanışına verəcək ki, əlaqə saxlasın. Növbəti gün Fidanın adından ona bir qadın zəng edib görüşmək istədiyini bildirib və onunla Bakı şəhəri, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “Mado” restoranına görüş təyin edib. Yaqut Məmmədova ifadəsinin davamında zərərçəkmiş Nurəddin Abdullayevdən 35 000 manat pul aldığını etiraf edib. O bildirib ki, sonda Nurəddin Abdullayev qızının Moskva şəhərində deyil, Bakıda təhsil almasını istəyib. Sonda zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olub və Yaqut Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 13 Sentyabr 2023, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin